Çinin 45 hərbi təyyarəsi və 10 kreyseri Tayvan ətrafında patrul çəkir
Tayvan müdafiə nazirliyi onlarla Çin kreyseri və qırıcısının Tayvan adası ətrafındakı tapşırığından xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, Çin və Tayvan adası arasındakı ən son olayda bu adanın müdafiə nazirliyi çərşənbə axşamı günü günortadan sonra, Çin qırıcıları, hərbi təyyarələri və kreyserlərinin Tayvan ətrafındakı tapşırığından xəbər verib.
Tayvan müdafiə nazirliyi bildirib ki, bölgənin ətrafında Çinin on kreyseri, qırx beş qırıcısı və hərbi təyyarəsi müşahidə olunub.
Tayvan müdafiə nazirliyi iddia edib ki, vəziyyəti nəzarət altına alan Tayvanın silahlı qüvvələri gəmilər və raket sistemləri ilə bu fəaliyyətlərə cavab veriblər.
Digər bir əlaqədar hadisədə, Tayvan ordusu bazar ertəsi günü bildirib ki, Çinin hərbi təlimlərinə cavab olaraq, "hücumdan müdafiə" təlimi keçirəcək. Çərşənbə axşamından cümə axşamına qədər keçiriləcək bu təlimdə Çin təlimlərində olduğu kimi, real atəş qüdrətindən istifadə ediləcək.