Amerika polisi Trampın iqamətgahından 11 dəst məxfi sənəd ələ keçirib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iqamətgahında ABŞ-ın nüvə sənədlərinin olmasını inkar etdiyi halda, ABŞ Federal Polisi onun evindən 11 dəst məxfi sənəd ələ keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın Wall Street Jurnal" qəzeti yazıb: Federal Təhqiqat Bürosu FTB agentləri bazar ertəsi Donald Trampın Florida ştatında yerləşən Mar-a-Laqodakı iqamətgahında apardığı axtarış zamanı 11 dəst məxfi sənədlər də daxil olmaqla, təxminən 20 qutu sənəd ələ keçirib".
Məlumata əsasən, FTB fotoşəkillər kolleksiyası, mövzusu naməlum olan əlyazma qeydi, Trampın müttəfiqi Rocer Stounu əfv etmək haqqında sərəncamı və Fransa prezidenti Emmanuel Makronla bağlı məlumatlar da daxil olmaqla 20-yə yaxın sənəd qutusu götürüb.
Politico xəbər saytı da bildirib ki, FTB Trampa qarşı sənədləri silmək və məhv etmək, araşdırmalara mane olmaq və Casusluq Qanununu pozmağa görə, araşdırma aparır.