Avq 15, 2022 16:15 Asia/Baku
  • Kaliforniyanı tarixin ən çoxxərcli seli gözləyir

Ətraf mühit ekspertləri proqnoz edirlər ki, Amerikanın Kaliforniya ştatını tarixin ən çoxxərcli seli gözləyir. Belə ki, Los-Anceles və Orinj bölgələrindən böyük ərazilərin məhv olması ilə hətta yeni dənizin yaranması da mümkündür.

SəhərAzəri- CNN informasiya kanalı avqust ayının 13-də bildirib ki, Amerikada, "elmdə nailiyyətlər" adlı institutun apardığı tədqiqatlar misli görünməmiş və miqyası məlum olmayan böyük bir daşqının baş verməsi ehtimalını verir.

Alimlərin fikrincə, insan əli ilə atmosferdə törədilmiş çirklənmələrindən irəli gələn iqlim dəyişikliyi qarşıdakı 40 ildə Kaliforniyada bu cür irimiqyaslı daşqın ehtimalını ikiqat artırıbdır.

Dünyada fosil yanacaqların yandırılması prosesinin davam etməsi, Kaliforniyada belə bir daşqınların baş verməsi ehtimalını hər il daha da artırır.

Dəyərləndirməyə əsasən, belə bir sel, Kaliforniya saknilərindən milyonlarla nəfərin həyatını təsir altına alacaq və bir trilyon dollar həddində xəsarətlər törədəcək.

Kaliforniya ştatı son 20 ildə dəfələrlə öz meşələrində çox şiddətli ziyanlar törətmiş yanğınlar kimi, böyük təbii fəlakətlərin şahidi olub. Əhalidən yüz minlərlə nəfər də ev-eşiyini itiribdir. Bu ştat güclü, amma azxəsarətli yerlatı təkanlar da görübdür. Lakin müasir dövrdə onda iri miqyaslı bir sel baş verməyibdir.

 

Teqlər