Avq 17, 2022 18:25 Asia/Baku
  • Britaniyada ərzaq qiymətləri artdıqca milyonlarla insan yeməklərini azaldır

Bir rəy sorğusunun nəticələri göstərir ki, qlobal ərzaq qıtlığı və artan enerji xərcləri fonunda İngiltərədə ərzaq qiymətlərinin artması bu ölkənin milyonlarla vətəndaşını pula qənaət etmək üçün yeməkdən imtina etməyə məcbur edir.

SəhərAzəri- "Sputnik"in məlumatına görə, Times Radio-nun sifarişi ilə aparılan rəy sorğusu göstərir ki, britaniyalıların 40 faizi müntəzəm olaraq, istifadə etdikləri qidaları almaqdan vaz keçməli olub.

Sorğuya görə, Britaniyada insanların təxminən 50 faizi ölkə daxilində yaşayış xərclərinin artmaqda davam etdiyindən büdcələrini tarazlaşdırmaq üçün üçün kafe və restoranlarda yemək yeməyi dayandırmaq məcburiyyətində qalıb.

Bütün Avropa ölkələrin iqtisadi böhran içində olduğunu və inflyasiyanın cilovlanmadan artdığını nəzərə alaraq, statistika və sorğular İngiltərənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan bütün ölkələrlə müqayisədə hər cəhətdən ən pis vəziyyətdə olduğunu göstərir.

Britaniyada inflyasiyanın görünməmiş yüksəlməsi və yaşayış xərclərinin cilovsuz artması ölkəni son yarım əsrdə ən pis iqtisadi vəziyyətə salıb.

İqtisadçı ekspertlər 2023-cü ildə Britaniya iqtisadiyyatı üçün artan qiymətlərin və artan inflyasiyanın davam edəcəyini proqnozlaşdırıblar.