Avq 18, 2022 14:04 Asia/Baku
  • Çin İsrail rejiminə xəbərdarlıq edib

Çin kəskin bir mesajda sionist rejimə xəbərdarlıq edibdir ki, ABŞ-ın nəhs planları və təzyiqlərinin təsiri altına düşməsin.

SəhərAzəri-nin məlumatına əsasən, Pekinlə Təl-Əviv arasındakı gərginlik ötən il Çinin Fələstin məsələsi qarşındakı mövqeyi ilə bağlı gərginləşib.

Çin rəsmiləri BMT orqanlarında, xüsusilə də İnsan Hüquqları Şurasında və Təhlükəsizlik Şurasında öz anti-İsrail hərəkət və bəyanatlarını gücləndiriblər.

Çinin yüksək vəzifəli diplomatı Lio Tsin Tsao İsrail rejiminin Pekindəki səfiri İrit ben Abbaya xəbərdarlıq edibdir ki, bu rejim Amerikanın təzyiqlərinin təsiri altında rəftar etməməlidir.

Bu çinli rəsmi İsrail rejiminin səfirinə təkidlə bildiribdir ki, insan haqlarının pozulması ilə bağlı Çinə vurulan bütün ittihamlar əsassız və Çin xalqına qarşı bir təhqirdir.

Lio Tsin Tsao qeyd edibdir ki, ötən qırx ildə Amerikanın Əfqanıstan və İraqda müharibələr apardığı bir halda, Çin hətta bir güllə də olsun belə, atmayıbdır.

 

Teqlər