Avq 23, 2022 12:22 Asia/Baku
  • Putindən Duqinin qızının qətlinə reaksiya; Onun qətli amansız cinayət idi

Rusiya prezidenti Moskvanın ətrafında baş verən partlayış nəticəsində həlak olan Darya Duqinin ailəsinə başsağlığı müraciəti ünvanlayaraq, bu hərəkəti amansız cinayət adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Məşhur rusiyalı politoloq və filosof Aleksandr Duqinin avtomobili bazar günü Moskvanın soşelərindən birində partladıldı və avtomobilin yrganə sərnişini Aleksandr Duqinin qızı həlak oldu. 

"FARS" xəbər agentliyinin məlumatına görə, Vladimir Putin başsağlığı müraciətində bu cinayəti iyrənc və qəddar adlandırıb və Darya Duqini əsl rus ürəyinə malik parlaq, istedadlı, mehriban və sevgi dolu bir insan kimi təsvir edib. 

Darya bu ilin iyulunda Britaniyanın sanksiyalar siyahısına salınmışdı.

Aleksandr Duqinə qarşı da 2014 və 2015-ci illərdə Avropa Birliyi, ABŞ və Kanada tərəfindən sanksiya tətbiq edilib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bazar günü bildirib ki, Daryanın ölümündə Ukraynanın izi ilə bağlı versiya təsdiqlənərsə, söhbət Kiyevin dövlət terrorizmi siyasətindən gedir.

İctimai fəal və Duqinin ailəsinin yaxın dostu olan Andrey Krasnov da deyib: "İlkin faktlar Aleksandr Duqinin öldürülməsi planına işarə edir, çünki bu avtomobil cənab Duqinə məxsus idi və bu maşına minib Moskvanın yaxınlığındakı bir yerə getməli idi".

Rusiyanın Federal Təhlükəsizlik Xidməti də bu cinayəti törədənin Estoniyaya qaçan Ukrayna vətəndaşı olduğunu vurğulayıb. 

Teqlər