Zaporojye AES tam şəkildə şəbəkədən çıxarılıb
Zaporojye Atom Elektrik Stansiyasının ukraynalı operatoru dünən bu stansiyasın tam şəkildə ümumölkə şəbəkəsindən çıxarıldığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, «Enerqoatom» hökumət qrupu bildirib ki, hücumçuların hərəkətləri Zaporojye Atom Elektrik Stansiyasının öz tarixində ilk dəfə olaraq, tam şəkildə şəbəkədən çıxmasına bais olubdur. Bu stansiyanın qovşaqdan çıxmasının səbəbi, rabitə xətlərinin zərər çəkmələri elan edilib.
Avropada ən iri sayılan və Rusiyanın nəzarəti altında olan bu AES, bir neçə dəfə bombalanıbdır.
Ukrayna prezidenti Vladimir Zelenski yeni ifadəsində Zaporojye Atom Elektrik Stansiyasında geniş radioaktiv çirklənmənin baş verməsi barədə xəbərdarlıq və Rusiyanı bu stansiyanı hərbi məntəqəyə çevirməkdə ittiham edibdir.
Belə bir halda, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya çərşənbə günü səhər saatlarında deyibdir ki, ukraynalı qüvvələr Zaporojye Atom Elektrik Stansiyasının ətrafını bombalamaqda davam edirlər və bu məsələ fəlakətli nəticələrə gətirib çıxara bilər.