Borrelin Amerikanın İranın fikirlərinə cavabına reaksiyası
Avropa Birliyinin xarici işlər və təhlükəsilzlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyibdir ki, Amerikanın/ İranın sanksiyaların ləğvi ilə bağlı müzakirələr barədəki fikirlərinə cavabını alıb.
Amerikanın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Vyana müzakirələrinin yeni mərhələsi avqustun dördündə başlayıb, avqustun səkkizində isə başa çatıbdır.
Danışıqların bu etapında Avropa Birliyinin Vyana müzakirələrindəki koordinatoru Enrike Mora tərəfindən bir neçə təklif irəli sürülübdür.
İrana qarşı zalımcasına və qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarında iştirak edən ölkələrin əksəriyyəti müzakirələrin daha tez yekunlaşdırılmasını istəyir, amma yekun razılaşmanın əldə olunması Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ barədəki siyasi qərarlarını gözləyir.
Borrell deyibdir ki, onun zənnincə, Amerikanın cavabı "çox ağlabatan"dır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani dünən sanksiyaların ləğvi ilə bağlı müzakirələrdə yerdə qalan məsələlərin həlli üzrə İran İslam Respublikasının fikirlərinə Amerika hökumətinin cavabının avropalı koordinator vasitəsilə alındığını xəbər vermişdi.
Kənani bildirmişdi ki, amerikalı tərəfin fikirlərinin dəqiq şəkildə araşdırılması başlanıb və İran İslam Respublikası araşdırmaları başa çatdırdıqdan sonra bununla bağlı fikirlərini avropalı koordinatora elan edəcəkdir.
Borrell üç gün bundan əvvəl İranın Avropa Birliyinin təklif etdiyi layihəyə cavabını da ağlabatan adlandırmışdı.