İngiltərənin bütün cənub-qərbində quraqlıq elan edilib
Həddindən artıq istilər və minimal yağışlar fonunda İngiltərənin bütün cənub-qərbində quraqlıq elan edilib.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin Ətraf Mühit Agentliyi cümə axşamı günü bildirib ki, bu ölkənin bütün cənub-qərbində son 90 ilə ərzində yaşanmayan quraqlıq vəziyyəti elan edib.
İngiltərənin Ətraf Mühit Agentliyi bəyan edib ki, , bu ölkənin cənub, cənub-şərq, şərq və mərkəzi hissələri quraqlıq statusu alıb.
Məlumata əsasən, son iki həftə ərzində bu ölkənin bəzi bölgələrində bir qədər yağış yağsa da bu, on son aylardakı uzunmüddətli quraqlıq dövrünü kompensasiya etmək üçün kifayət etməyib.
2022-ci ildə İngiltərədə uzunmüddətli quraqlıq ölkənin əksər bölgələrində çayların və su anbarlarının səviyyəsinin aşağı düşməsinə səbəb olub.
İngiltərənin bütün bölgələrində 5 ay ardıcıl olaraq, orta səviyyədən aşağı yağıntılar və yuxarı temperaturdan sonra Ətraf Mühit Agentliyinin nəzarətində olan 13 çay ən aşağı səviyyədədir və onların torpağının rütubəti 1976-cı ildəki quraqlığın bitdiyi vaxtla müqayisə edilə bilər.
İngiltərə Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, 2022-ci ilin iyul ayı ölkədə 1935-ci ildən bəri ən quraq ay olub.