Bayden 2024-cü il ABŞ prezident seçkilərinə qeydiyyatdan keçib
İnformasiya mənbələri bildiriblər ki, Amerika prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən ABŞ Federal Seçki Komissiyasında qeydə aldırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu məlumata görə, Amerika Federal Seçki Komissiyasının sənədlərinə əsasən, ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizəd olmaq üçün lazım olan bəzi sənədləri federal rəsmilərə təhvil verib.
Əgər Bayden yenidən seçilərsə, öz prezidentliyinin ikinci dövrünün əvvəlində səksən dörd yaşında olacaq. O, prezidentliyinin birinci dövrünün əvvəlində and içərkən Amerikanın ən yaşlı prezidenti olmuşdu.
Baydenin reytinqi aylardır tənəzzülə doğru getməklə özünün ən aşağı həddinə enibdir.
Bayden hökumətinin bir çox problemlə əlbəyaxa olduğu fonda görünür ki, iqtisadi qeyri-sabitlik və alıcılıq qabiliyyətinin aşağı düşməsi amerikalıların ölkələrindəki vəziyyətə mənfi baxmalarında böyük rol oynayıbdır.