Avropada qazın qiyməti artıb
Avropada enerji böhranının davam etməsi və inflyasiyanın baş alıb getməsi ilə avropalı cəmiyyətlər hazırda odundan istifadə etmək sahəsində də bu istilk mənbəyinin qiymətinin bir neçə qat artması və onun təqdim olunmasının azalması ilə üzləşirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Belə bir halda, qaza olan tələbatın artması və onun təqdim edilməsinin azalması, odun çatışmazlığına gətirib çıxarıb və avropalı cəmiyyətləri xüsusən daha yoxsul bölgələrdə bir çox problemlə üzləşdiribdir.
«Avropa Bioenerji İnstitutu»nun sözçülərindən biri bu haqda Avro-Aktiv saytına deyib: Enerji üçün odundan istifadədən söz gedərkən, Avropa Birliyinə üzv olan əksər ölkələr çatışmazlıqla üzləşirlər. Eyni zamanda Almaniya və Belçika kimi ölkələrdə yanacaq qranullarının qiyməti təxminən iki tam onda beş dəfə artıbdır.
Qərb tərəfindən Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin ardınca Moskvadan Avropa Birliyinə üzv ölkələrə neft ixracatı 2022-ci ilin sonunadək tam şəkildə dayanacaqdır.