II Elizabetin krallığı nələrlə yadda qaldı?
Hakimiiyyətdə qalmaqda rekord vuran Britaniya kraliçası II Elizabet 70 illik hakimiyyəti dövründə nələrlə yadda qaldı?
II Elizabet öz səltənətini İrana qarşı sanksiyalar tətbiq etməklə başladı, bunun səbəbi İranın öz neftinə sahib çıxmaq və onu ingilislərin qarətindən qurtarmaq idi. Elizabetin kraliça kimi fəaliyyətə başladığı zaman 1953-cü ildə İran xalqının öz milli sərvətinə nəzarət etmək səylərini gördükdə Britaniya ABŞ-la birgə İrana qarşı dövlət çevrilişi həyata keçirdi.
II Elizabet Fələstinin işğalında sionistlərin ilk himayədarı oldu. Amerikanın sionist rejimi dəstək missiyasını öz üzərinə götürənədək 25 il müddətində Britaniya fələstinlilərin qəddarcasına qırğın edilməsi və öz dogma yurdundan qovulmasına dəstək oldu.
II Elizabet dövründə Britaniya 40 il müddətində Cənubi Afrikanın apartheid rejiminin ən əsas himayədarı olmuşdu.
Misir dövləti Sveş boğazını milli elan etdikdə II Elizabetin hakimiyyətində olan Britaniya General Doqol və sionist rejim ilə birlikdə Misirə hücuma keçdi.
II Elizabet Asiya və Afrikada Britaniyanın müstəmləkəçi siyasətlərinə qarşı müstəqillik mübarizəsi aparan xalqları ağır repressiyalara məruz qoydu və sonunda da həmin xalqların istismarını yeni müstəmləkəçilik metodları ilə əvəz etdi.
Britaniya II Elizabetin hakimiyyəti altında ABŞ ilə əlbir olaraq Vyetnama qarşı müharibə apardı və 3 milyondan çox vyetnamlını qırğın etdi.
II Elizabetin Britaniyası müstəqil siyasət yeridən azadlıqsevər xalqlara (Kuba, İran, Suriya və …) qarşı anti-bəşəri sanksiyalarda fəal iştirak etmişdir.
II Elizabet uzun illərdir Britaniyanın işğalında olan Malvinas adalarına nəzarəti bərpa etmək istəyən Argentinaya hərbi hücum həyata keçirdi.
II Elizabet İraqın keçmiş Səddam rejimini İrana qarşı hərbi hücuma keçməyə təşviq etdi və beləliklə 200 mindən çox iranlınln şəhid olmasında və yüzminlərlə adamın əlil olmasında birbaşa rol oynadı.
1998-ci ildə ABŞ-ın İrana məxsus sərnişin təyyarəsini vuraraq yüzlərlə dinc insanı qətlə yetirməsinə dəstək verdi, İrana qarşı elan olunmamış müharibənin axırlarında İranın hərbi gəmiləri və neft yataqlarına qarşı hücumlarıda himayə etdi.
Britaniyanın qara keçmişində onun 1991-ci ildə ABŞ-ın İraqa hücumunda iştirakı olmuşdur. Hətta 10 il müddətində İraqa qarşı dərman və ərzaq blokadasında da II Elizabetin rəhbərlik etdiyi Britaniya fəal iştirak edirdi. Həmin blokada nəticəsində ən azı yarım milyon iraqlı uşaq həyatını itirdi.
II Elizabet 90-ci illərdə Bosniya müsəlmanlarının qətliamında da cinayət ortağı idi. 200 mindən çox müsəlmanın qətliamını həyata keçirən serblərin yanında yer aldı.
Britaniya 2001-də Əfqanıstana hücumda və bu ölkənin 20 illik işğalında Amerika ilə ortaq oldu və beləliklə II Elizabetin ölkəsi Əfqanıstanda milyonlarla insanın aclıq, səfalət, ölüm, xəstəlik və yoxsulluğunda xüsusi rola malik olmuşdur.
Britaniya 2003-cü ildə bir milyon yarım uşağın yetim qalmasına gətirib çıxaran İraqa hücumunda da fəal iştiraka malik oldu. İraqın infrastrukturlarının məhv edilməsi və bu ölkədə terrorçu İŞİD qrupunun sonrakı cinayətlərinə zəmin yaradılmasında Britaniyanın əsas rolu oldu.
II Elizabetin Britaniyası İran xalqının nüvə elmi və texnologiyasına yiyələnməsinə mane olmaq məqsədi ilə İran xalqına qarşı uzun illər misli görünməmiş hərtərəfli sanksiyaların əsas himayədarı oldu.
İranda 2019-cu ildə iğtişaşların törədilməsində fəal iştiraka malik olan Britaniya digər ölkələrin daxili işlərinə müdaxilə edərək xalqları böyük ziyanlara məruz qoymuşdur.
II Elizabetin ölkəsi Suriya və Liviya kimi ölkələrdə müharibə yaratmaq və bu ölkələri məhv etməkdə fəal iştiraka malik olmuşdur.
II Elizabetin krallığı Amerika ilə əlbir olaraq Şimali Afrikada, qərbi Asiyada avtaritar rejimlərə dəstək verərək ərəb baharı və islami oyanış hərəkatlarına qarşı repressiyaları dəstəkləmişdir.
II Elizabet krallığı…