Sen 10, 2022 15:09 Asia/Baku
  •  III Çarlz rəsmən Britaniyanın yeni kralı oldu

Üçüncü Çarlz rəsmən Britaniyanın yeni kralı elan edilib.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 10-da Londondakı Sent Ceyms Sarayında Varislik Şurası III Çarlzı Britaniyanın yeni kralı elan edib. 

Taxt-tac varisinin kral elan edilməsi haqqında bəyannaməni Çarlzın oğlu, Uilyam, həyat yoldaşı Kamilla, Britaniyanın baş naziri Liz Trass və Kenterberi arxiyepiskopu imzalayıblar.

Monarxın tanınması üçün kraliçanın ölümündən sonra yarıya qədər endirilən bayraqlar bir gün ərzində qaldırılacaq. Sonra ümumxalq matəminin sonuna qədər yenidən aşağı salınacaq. 

70 il hakimiyyətdə olan ll Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun Vindzor qəsrindəki atasının xatirə kilsəsində dəfn ediləcəyi gözlənilir. 2021-ci ildə vəfat edən əri Şahzadə Filipin qalıqlarının da ora köçürülməsi planlaşdırılır. 

Sentyabrın 8-də Böyük Britaniyada və Britaniya Birliyi ölkələrində on günlük milli matəm elan edilib.

Teqlər