Ukrayn: "İzyum azad edildi"
-
Ukrayna
Ukrayna prezidenti bu ölkə qoşunlarının genişmiqyaslı əks-hücum əməliyyatı çərçivəsində ölkənin şərqindəki strateji əhəmiyyətli İzyum şəhərini Rusiya hərbçilərindən geri aldığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin başlanmasının 200 gününü qeyd edən xalqa müraciətində bu yaxınlarda Kiyev ordusu tərəfindən ələ keçirilən üç mühüm mərkəz kimi Balakliya, İzyum və Kupyanskı şəhərlərinin adını çəkdi.
Eyni zamanda ölkənin şərq hissəsindəki Ukrayna hakimiyyət orqanları rusları ölkənin böyük bölgələrində elektrik enerjisinin kəsilməsinə səbəb olan strateji infrastrukturu bombalamaqda ittiham edib.
Xarkov bölgəsinin qubernatoru Dmitri Jivytski öz Telegram kanalında yazıb: "Şəbəkədə elektrik enerjisinin səviyyəsi aşağı düşüb. Elektrik cihazlarını mümkün qədər ayırmağı tövsiyə edirəm".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar günü "Rossiya-1" telekanalına verdiyi müsahibədə deyib ki, Moskva Ukrayna ilə danışıqlardan imtina etmir, lakin Kiyevin bu məsələni ləngitməsi razılaşmanın əldə olunması prosesini çətinləşdirir.