KTMT-nin təlimlərinə start verilib
https://azeri.sahartv.ir/news/dünya-i393513-ktmt_nin_təlimlərinə_start_verilib
Bu gün Qazaxıstanın Almatı və Jambıl vilayətlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayıb. Məlumatı Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2022 09:02 Asia/Baku
  • KTMT-nin təlimlərinə start verilib

Bu gün Qazaxıstanın Almatı və Jambıl vilayətlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimləri başlayıb. Məlumatı Qazaxıstan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Məlumata görə, “Qarşılıqlı fəaliyyət-2022”, “Axtarış-2022”, “Eşelon-2022” adı altında keçirilən hərbi təlimlər oktyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.