Rusiyada atışmada 13 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i393516-rusiyada_atışmada_13_nəfər_ölüb
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2022 10:28 Asia/Baku
  • Rusiyada atışmada 13 nəfər ölüb

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb. 

TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.