Sen 30, 2022 13:19 Asia/Baku
  • Rusiya Zaporojye və Xersonun istiqlaliyyətlərini rəsmən tanıyıb

Kreml bildiribdir ki, Rusiya prezidenti Vladimir Putin bir fərmanla Ukraynada yerlləşən Zaporojye və Xerson bölgələrinin istiqlaliyyətlərini rəsmən tanıyıbdır.

Rus medialar bildiriblər ki, Zaporojye və Xerson bölgələrinin istiqlaliyyətlərinin rəsmən tanınması bu iki bölgənin Rusiyaya rəsmi surətdə qatılması istiqamətində atılan ilk addım sayılır.

Son günlər ərzində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye kimi dörd bölgəsində referendumlar keçirilib.

Donetsk bölgəsində 99,23 faiz Rusiyaya qatılmağa dəstək verib. Bu referendumda iştirak səviyyəsi 97,51 faiz elan olunub.

Luqanskda 98,42 faiz Rusiyaya qatılmağın lehinə səs verib.

Xersonda dəstək miqdarı, 87,5, Zaporojyedə isə 90,1 faiz olubdur.

Bu dörd bölgə bütövlükdə Ukrayna ərazisinin təxminən on beş faizini təşkil edir.