Sen 30, 2022 14:46 Asia/Baku
  • Fransada Makronun siyasətlərinə qarşı ümumölkə aksiyası

Bəzi əmək və həmkarlar ittifaqlarının çağırışları ilə, Fransa hökumətinin proqram və siyasətlərini tənqid edənlər və ona qarşı çıxanlar küçələrə çıxıblar.

Bu, Emmanuel Makronun yenidən prezident seçilməsindən, həmçinin yay tətillərindən sonra Fransada təşkil edilən ilk ümumölkə tətil və etiraz aksiiyası sayılır.

Təqaüd qanununun dəyişdirilməsilə müxalifət, xüsusən yanacaq və enerji sahəsində inflyasiya və bahalığın artması bu nümayişin təşkil edilməsinin əsas səbəbi hesab olunur.

İctimai Əmək Birliiyinin sədri Filipp Martines cənab Makrondan istədi ki, hökumətin siyasətləri, xüsusən təqaüd qanununun islahatları ilə müxalifətdə küçələrə çıxmış xalqın əksər hissəsinin səsini eşitsin.

Fransa hökuməti təqaüd yaşını hazırkı 62 yaşdan 65 yaşadək artırmaq niyyətindədir.

Bu aksiyanın kənarında bəzi şəxslər şəhərin ictimai məkanlarına və banklara xəsarətlər vurublar ki, polisin məsələyə qarışması ilə, onllardan bir neçəsi həbs olunubdur.

Fransa cari ilin son dörd ayında cənab Makron hökumətinin siyasətlərinə etiraz istiqamətində xalqın geniş hiddətilə üzləşəcək.