Britaniyalılar artan enerji qiymətlərinə qarşı etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i393684-britaniyalılar_artan_enerji_qiymətlərinə_qarşı_etiraz_aksiyası_keçiriblər
Qəzəbli britaniyalılar Britaniyanın müxtəlif şəhərlərində enerji qiymətlərinin üç dəfə artırılmasına etiraz ediblər və etiraz əlaməti olaraq enerji fakturalarını yandırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2022 16:14 Asia/Baku
  • Britaniyalılar artan enerji qiymətlərinə qarşı etiraz aksiyası keçiriblər

Qəzəbli britaniyalılar Britaniyanın müxtəlif şəhərlərində enerji qiymətlərinin üç dəfə artırılmasına etiraz ediblər və etiraz əlaməti olaraq enerji fakturalarını yandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Londondan Birminhem, Brighton və Kardiffə qədər etirazçılar plakatlar daşıyaraq və şüarlar səsləndirərək, yaşayış xərcləri böhranına etiraz ediblər. 

Britaniyanın 18 şəhərində keçirilən bu etiraz hərəkatında ətraf mühit qruplarının üzvləri də iştirak edib.

Britaniyada bu gündən (1 oktyabr) etibarən enerji daşıyıcılarının qiyməti 3 dəfə artıb.

Eyni zamanda, ötən həftə banklararası faiz dərəcəsini 1,75 faiz dən 2,25 faizə yüksəldən Britaniya Mərkəzi Bankı ölkədəki maliyyə qarışıqlıqlarını yaxından izlədiyini və lazım gəldikdə uçot dərəcəsini 6 faizə qaldıracağını açıqlayıb.