Fransa Enerji Xartiyası Müqaviləsindən çıxıb
Fransa prezidenti Emmanuel Makron cümə günü ölkəsinin 1994-cü ildə təsdiq olunmuş Enerji Xartiyası Müqaviləsindən çıxdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, enerji Xartiyası Müqaviləsi iqlim aktivistləri tərəfindən daim tənqid olunur, zira enerji nəhənglərinə, iqlim siyasətini yerinə yetirən ölkələrlə müxalifət etməyə icazə verir.
Fransa prezidenti, bu otuzillik müqavilədən çıxmağı tələb edən iqlim üzrə ali şuranın tövsiyələrinə əməl edib, zira bu müqavilə, Paris Sazişində nəzərdə tutulan karbondan təmizləmə üzrə zaman cədvəli ilə uyuşmayan bir müqavilədir.
Digər bir xəbərə görə, Fransanın enerjiyə nəzarət qurumunun başçısı Emmanuel Varqon ölkədəki bütün nüvə reaktorlarının yenidən işə salınmasını tələb edib, zira Fransa qışda elektrik enerjisinin kəsilməsi təhlükəsi ilə üzləşəcək. Fransa istehsal etdiyi elektrik enerjisinin təxminən yetmiş faizini ölkənin əlli altı reaktorundan təmin edir.