Avropa elektrik şəbəkəsindən xəbərdarlıq
Elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsi qış fəslində Avropa ölkələrində geniş elektrik kəsilmələri barədə xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsi xəbərdarlıq edibdir ki, Fransa və İrlandiya qışda elektrik təmini cəhətdən ən kövrək Avropa ölkələri olacaqlar və bu ölkələrdə elektrik kəsilməsi ehtimalı yüksəkdir.
Elektrik enerjisinin ötürülməsi üzrə Avropa sistem operatorları şəbəkəsinin proqnozları və məlumatına əsasən, qış fəslində, başqa sözlə, 2023-cü ilin yanvar və fevral aylarında Fransa və İrlandiyada, eləcə də digər Avropa ölkələrində elektrik ötürmə sistemi xeyli sayda problemlə üzləşəcək.
Avropalılar bu günlər Qərb və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının nəticələrindən iərli gələn enerji böhranı ilə üzləşirlər.
Ukrayna savaşının başlanmasından sonra Amerika və onun avropalı müttəfiqləri Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar tətbiq etməyə başladılar.
Bu sanksiyalardan ən mühümlərindən biri, Moskvadan neft və qaz idxalatına məhdudiyyətin qoyulması olub. Bu məsələ hal-hazırda Qərb ölkələrində misli görünməmiş kəskin inflyasiyanın meydana gəlməsinə bais olub. Müşahidəçilər Avropa Birliyi üçün çox soyuq bir qış proqnoz edirlər.