BMT fələstinlilərin qovulmasına son qoymağa çağırıb
BMT-nin Qərbi Asiya Sülh Prosesi üzrə xüsusi koordinatoru sionist rejimi fələstinlilərin köçürülməsinə və qovulmasına son qoymağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Qərbi Asiya Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland BMT-nin Təhlükəsizlik Şurasının iclasında sionist rejim başçılarını fələstinlilərin köçürülməsinə və qovulmasına son qoymağa və fələstinlilərə qanuni şəkildə tikinti aparmağa və onların inkişaf ehtiyaclarını həll etməyə imkan verəcək əlavə planları təsdiq etməyə çağırıram.
BMT rəsmisi, həmçinin Fələstin böhranının işğalçılığa son qoymaqla və iki dövlətli həlli həyata keçirməklə həll etməyə çağırıb.
Vennesland deyib: "Əsas siyasi məsələlər həll edilmədikcə, köklü inamsızlıq və düşmənçilik artmağa davam edəcək.
O, həmçinin fələstinlilərə məxsus binaların sionist rejim tərəfindən sökülməsinə işarə edərək, qeyd edib ki, söküntülər İsrail rejimi tərəfindən verilən tikinti icazələrinin olmaması səbəbindən həyata keçirilib. Hansı ki, fələstinlilərin bu icazələri əldə etməsi demək olar ki, qeyri-mümkündür.