ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının rəhbəri:
“Çin öz potensialını bizdən tez artırır”
Sualtı qayıqlar Liqasında çıxış edərkən ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının rəhbəri admiral Çarlz Riçard böyük hərbi münaqişənin yaxınlaşmaqda olduğunu deyib.
Amerikanın "Wall Street Journal" qəzeti amerikalı generalın dilindən yazır: "Bizim indi içində olduğmuz Ukrayna böhranı yalnız məşqdir. Bizi uzun illər müşahidə edilməyən sınaq gözləyir".
Riçard əmin olduğunu bildirib ki, ABŞ-a meydan oxuyan ölkə Çin olacaq. Onun sözlərinə görə, Amerikanın gəmisi batmaqdadır.
"Gəmimiz astaca batmaqdadır. Çin öz potensialını bizdən tez artırır. Bizim komandirlərimiz və atlarımızın yaxşı olmasının əhəmiyyəti yoxdur, onlar, sadəcə, bizdə kifayət qədər deyil. Bu, yaxın gələcəyin problemidir", -admiral bəyan edib və qeyd edib ki, Birləşmiş Ştatlar hələlik sadəcə sualtı donanma sahəsində üstünlüyünü qoruyub saxlayır.
"Ola bilər, bu, bizim malik olduğumuz yeganə assimmetrik üstünlüyümüzdür", - Riçard əlavə edib.
Lakin onun fikrincə, əgər Amerika yeni sualtı qayıqların inşası tempini sürətləndirməsə, bu üstünlük də yoxa çıxa bilər.
"Əvvəllər biz tez hərəkət etməyi bacarırdıq, lakin bu qabiliyyətimizi itirmişik", - Riçard deyib.