Dek 10, 2022 13:28 Asia/Baku
  • Elektrik enerjisinin kəsilməsi Parisin mərkəzini qaranlığa qərq edib

Elektrik enerjisinin kəsilməsi Fransanın paytaxtı Parisin mərkəzini qaranlığa qərq edib.

SəhərAzəri-nin məlumatına əsasən, Parisin mərkəzində elektrik enerjisinin kəsilməsi təxminən 125 min nəfərin həyatına təsir edib.

Fransanın elektrik enerjisi şirkəti bir bəyanatda elektrik enerjisinin kəsilməsinə transformatorlardan birindəki texnikinasazlığın səbəb olduğunu açıqlayıb.

Bu günlərdə avropalılar hələ də Qərbin və Amerikanın Rusiyaya qarşı sanksiyalarının yaratdığı enerji böhranı ilə üz-üzədirlər.

Ötən aylarda Rusiya qazının Avropaya axınının azalması və Rusiyaya qarşı sanksiyalar səbəbindən yaranan şərait bu qitə ölkələrində yanacağın və enerjinin qiymətinin qalxmasına səbəb olub.

Teqlər