ABŞ Nümayəndələr Palatasının seçilmiş komitəsi Trampın cinayət təqibini tələb edib
ABŞ Nümayəndələr Palatasının 2021-ci il 6 yanvarda Kapitoliyə hücumu araşdıran seçmə komitəsi bazar ertəsi Ədliyyə Departamentini keçmiş prezident Donald Trampı ölümcül iğtişaşdakı roluna görə, üsyana təhrik etmək də daxil olmaqla dörd cinayətdə ittiham etməy çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu ABŞ tarixində ilk dəfədir ki, Konqres Ədliyyə Departamentini keçmiş prezidenti cinayət təqibinə məruz qoymağa çağırır. Demokratların rəhbərlik etdiyi ABŞ Nümayəndələr Palatasının seçmə komitəsi mindən çox şahidlə müsahibə apardıqdan və yüz minlərlə sənədi nəzərdən keçirdikdən sonra bu müraciəti irəli sürüb.
Komitənin müraciətləri hüquqi əhəmiyyət daşımır və Ədliyyə Departamentinin hər hansı hərəkətinə məcbur etmir. Lakin elə bir halda irəli sürülüb ki, xüsusi bir müstəntiq Trampın daha iki işini araşdırır. Bunlardan biri onun 2020-ci il prezident seçkilərini pozmaq cəhdi, digəri isə Ağ Evdən məxfi sənədlərin çıxarılması ilə bağlıdır.
Komitə Ədliyyə Departamentini Trampa qarşı dörd mümkün cinayət maddəsi ilə ittiham irəli sürməyə çağırıb ki, bunlardan ibarətdir; Konqresin rəsmi prosesinə mane olmaq, ABŞ-ı aldatmaq üçün sui-qəsd, yalan bəyanat vermək, üsyana təhrik və ya kömək etmək.
Komitənin demokrat üzvü Ceymi Rask ittihamları sadalayaraq, deyib: "Bu üsyan ABŞ-ın nüfuzuna qarşı üsyandır. Bu, Konstitusiyada vurğulanan böyük federal cinayətdir".