Fransa hökuməti odun üçün kupon verməyə başlayıb
Dek 31, 2022 19:05 Asia/Baku
Fransa hökuməti evlərini odunla qızdıran sakinlərə odun almaq üçün kuponların paylandığını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynada müharibənin başlaması və yanacağın qiymətlərinin artması, eləcə də koronavirus məhdudiyyətlərinin yaratdığı təzyiqlərin davam etməsi fonunda noyabrda Fransada illik inflyasiya 6,2 faizə çatıb.
"Məşriq" xəbər agentliyinin məlumatına görə, Fransa hökuməti bildirib ki, evlərini odunla qızdıran vətəndaşlara xərclərin öhdəsindən gəlməyə kömək etmək üçün 50-dən 200 avroya qədər çeklər veriləcək.
Yardımın məbləği müraciət edənlərin gəlirindən və onların ailə vəziyyətindən asılı olacaq. Belə ki, ölkə üzrə təxminən 2,6 milyon ailə belə yardım almaq hüququna malikdir.