ABŞ-da silahlı insident baş verib; 26 ölü və yaralı var
Los-Ancelesin şərqindəki ərazilərdən birində baş verən atışmada 26 nəfər ölüb və ya yaralanıb.
ABŞ-da silah gəzdirmək azadlığı bütün ölkədə silahlı zorakılıqlara və atışmalara səbəb olub və hər gün bir neçə nəfər bu atışmaların qurbanı olur.
ABŞ-ın Kaliforniya ştatının Monterey Park şəhərində Çinin yeni ili şənliklərindən dərhal sonra baş verən atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Monterey Park polisinin bildirdiyinə görə, şübhəli silahlı şəxs hadisə yerindən qaçıb və polis hələ də onu tapmağa çalışır.
60 min nəfərlik Monterey Park şəhərinin əhalisinin 65 faizi Asiya əsillidir.
ABŞ və dünyanın digər ölkələri arasında silahlı zorakılıq statistikasının müqayisəsi ABŞ-ın tamamilə müstəsna bir ölkə olduğunu göstərir; ABŞ dünya əhalisinin təxminən 5%-ni təşkil etsə də, silahla kütləvi qətllər törədənlərin təxminən 31 faizini özündə yerləşdirib.