Fev 05, 2023 12:25 Asia/Baku
  • ABŞ Çin kəşfiyyat şarını vurdu

Xəbər mənbələri ABŞ-ın Çinin kəşfiyyat şarını vurduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ mediası bu ölkənin yüksək rütbəli müdafiə rəsmisinə istinadən bildiriblər ki, Pentaqon neçə gündür ki, yüksək hündürlükdə ABŞ üzərindən keçən şübhəli Çin müçahidə şarını izləyir.

Pentaqonun sözçüsü Patrik Rayder deyib: "Biz əminik ki, bu yüksək hündürlükdə olan müşahidə şarları Çin Xalq Respublikasına aiddir. Bu fəaliyyətin halları son bir neçə ildə, o cümlədən bu administrasiyadan əvvəl müşahidə edilmişdir."

Patrik Rayder qeyd edib ki, ABŞ ordusu bu şarı vurmamaq qərarına gəlib. 

Onun sözlərinə görə, şarın hazırkı uçuş yolu onu "bir sıra həssas saytlar" üzərindən keçirsə də, bunun əhəmiyyətli bir kəşfiyyat məlumatı toplama riski yoxdur.

Teqlər