Fev 14, 2023 20:31 Asia/Baku
  • Çin prezidenti İranla dostluq və əməkdaşlığın qorunmasına təkid edib

Çin prezidenti Pekində iranlı həmkarı ilə görüşdə vurğulayıb ki, hər hansı regional və beynəlxalq olaya rəğmən, Çin İranla əməkdaşlığını yüksəldəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün Pekində Seyid İbrahim Rəisi ilə görüşən Si Tsin Pin bildirib ki, ölkəsi İranın həmkarlığı ilə qovşaq-şose yolu layihəsini icra və İrandan daha çox keyfiyyətli kənd təsərrüfatı məhsulları idxal etmək istəyir.

Bu gün həmçinin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin İran prezidentinin Çinə səfərilə bir zamanda iki ölkə əlaqələrinin inkişafını konstruktiv adlandırıb. Bildirib ki, bu iki ölkənin ikitərəfli əlaqələri heç bir üçüncü ölkəyə qarşı deyildir.

Venbin Çin-İran dostluq əlaqələrinin genişlənməsini konstruktiv, həmçinin iki ölkə xalqlarının, eləcə də Yaxın Şərqdə sabitliyin xeyrinə adlandırıb.

 

Teqlər