Çin Xarici İşlər Nazirliyi ABŞ-a ultimatum verdi
https://azeri.sahartv.ir/news/dünya-i397603-Çin_xarici_İşlər_nazirliyi_abŞ_a_ultimatum_verdi
“Ağ Ev-in bizə mühazirə oxumağa haqqı yoxdur”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2023 16:51 Asia/Baku
  • Çin Xarici İşlər Nazirliyi ABŞ-a ultimatum verdi

“Ağ Ev-in bizə mühazirə oxumağa haqqı yoxdur”

Çin hökuməti ABŞ-a xəbərdarlıq edib ki, Rusiyaya mümkün silah tədarükü ilə bağlı onun Pekinə şərtlər diktə etməyə haqqı yoxdur.

Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bu barədə deyib: “Ukraynadakı döyüş meydanını silahla təchiz edən məhz ABŞ-dır. Kim dialoqa və sülhə çağırır, kim silah paylayır və qarşıdurmaya təşviq edir?”.

Çin nümayəndəsi vurğulayıb ki, ABŞ-ın Çinə mühazirə oxumağa haqqı yoxdur və Pekin heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərini diktə etməyə və ya təzyiq göstərməsinə imkan verməyəcək.