Rusiya ABŞ-ın təxribatlarını qınadı
https://azeri.sahartv.ir/news/dünya-i397907-rusiya_abŞ_ın_təxribatlarını_qınadı
Rus səfir: Ərazimizə ABŞ hücum edib, Ukrayna deyil!
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2023 11:38 Asia/Baku
  • Rusiya ABŞ-ın təxribatlarını qınadı

Rus səfir: Ərazimizə ABŞ hücum edib, Ukrayna deyil!

 SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Vaşinqtondakı səfiri bəyan edib ki, Bryansk regionundakı hücumlara görə birbaşa ABŞ məsuliyyət daşıyır.

Anatoli Antonov deyib: “Amerika silahlarının hər yeni partiyasında Kiyev cinayətkarları özünü daha toxunulmaz hiss edir. ABŞ-ın dəstəyindən ilham alaraq Bryanskda terror hücumu törədirlər. Mülki şəxsləri vuranların arxasında Vaşinqton dayanır. Qurbanların qanı artıq ABŞ-ın əlindədir”.

Qeyd edək ki, ötən gün ukraynalı diversantlar Rusiyanın Bryansk vilayətinə hücum etmişdi.