May 29, 2023 18:26 Asia/Baku
  • Kissincerin 100 yaşında onun hərbi cinayətlərinin yeni ölçüləri üzə çıxıb

ABŞ-ın keçmiş dövlət katibi və son yarım əsrdə bu ölkənin bütün prezidentlərinin müşaviri olmuş Henri Kissincerin 100 illiyi ilə eyni zamanda onun hərbi cinayətləri ilə bağlı yeni sənədlər və məlumatlar üzə çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qanlı əllər.... Henri Kissincerin Kambocanın bombalanması hərbi cinayətində əlinin olduğunun ifşa olunması, 53 ildən sonra və onun 100 illiyi ilə eyni zamanda , ABŞ-ın dövlət katibi və prezident Niksonun milli təhlükəsizlik müşaviri olduğu zaman.

Amerika universitetinin professoru və yazıçısı Nik Torres: Müharibənin memarı olaraq, Kissincer Vyetnam müharibəsini Laosa qədər genişləndirdi və 500 min ton bombanın Kamboca vətəndaşlarının üzərinə yağmasına və medianın səssizliyi içində 150.000 kambocalının öldürülməsinə səbəb oldu. O, ömrünün son günlərində bu cinayətlərə görə, cavab verməlidir.

Amerikanın nüfuzlu siyasətçisi Con Makkeyn ölümündən əvvəl Kissinceri təsvir edərkən demişdi: "O, son yarım əsrdə ABŞ-ın istər respublikaçı, istərsə də demokrat bütün prezidentlərinin müşaviri olub".

7 il əvvəl demokrat Bernie Sanders və Hillari Klinton arasında partiyadaxili debat zamanı Hilari Klinton Kissincerlə dostluğunu və yaxın münasibətindən bir kozır kimi bəhs etdiyi zaman Sanders Kissincerin Amerikanın xarici siyasətindəki qara roluna kəskin hücum etdi.

Bernie Sanders: Kissincer Amerika tarixinin ən dağıdıcı dövlət katiblərindən və siyasi xadimlərindən biridir. Mən onunla dost olmadığım üçün fəxr edirəm.

Amerikalı yazıçı və analitik Greg Grandin: Kissincer hərbi cinayətkardır, lakin maraqlıdır ki, bir çox cinayətkarlar hələ də özünü onun kimi aparır və bu, Amerikanın “terrorla mübarizə” adı altında davam etdirdiyi davranışdır.

Henri Kissincerin 100 illiyi ilə eyni zamanda, İngiltərənin Guardian qəzeti yazıb: Kissinger ictimai məkanlarda görünməkdən utanır.

Henri Kissincer dünyada yüz minlərlə mülki şəxsin ölümünə səbəb olan müxtəlif hərbi cinayətlərdə iştirakına görə, hələ də İspaniya, Fransa, Argentina və Çili məhkəmələri tərəfindən  təqib olunur, Amma son 50 ildə bütün Amerika prezidentlərinin tam dəstəyinə görə onu heç bir məhkəməyə çəkə bilməyiblər.

 

 

Teqlər