İyun 06, 2023 17:46 Asia/Baku
  • Mayk Pens ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müavini Mayk Pens Federal Seçki Komissiyasında qeydiyyatdan keçərək, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasından namizədliyini irəli sürdüyünü bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Mayk Pensin namizədliyi ilə indi o, 2024-cü ildə ABŞ prezidentliyi uğrunda Donald Trampla partiyadaxili rəqabət aparmalıdır.

Trampın prezidentliyi bitdikdən sonra bəzən onu dəstəkləyən, bəzən isə tənqid edən Pensin seçkidə özünü mühafizəkarların və ənənəvi yevangelistlərin namizədi kimi təqdim edəcəyi gözlənilir.

Trampın rəqibləri elə bir halda artır ki, O, hələ də respublikaçıların 2024-cü ildə Co Baydenlə rəqabət aparacaq əsas namizədidir.

Mayk Pens ABŞ seçkilərinin praymerizinə qatılan səkkizinci şəxsdir.

Teqlər