Bəlkə də bir ingilis NATO-ya başçılıq edəcək
ABŞ prezidenti NATO rəisliyinə ehtimal edilən namizəd kimi, İngiltərənin müdafiə naziri- Ben Uollesi olduqca münasib seçim adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden cümə axşamı günü İngiltərənin baş naziri Rişi Sunakla birgə mətbuat konfransında deyibdir ki, NATO-nun növbəti rəisinin təyin edilməsi üçün ümumi razılıq tələb olunur.
Bəlkə də bir ingilis NATO-ya başçılığı üzərinə götürəcək- deyə, Bayden bildirib.
Belə bir halda, Yens Stoltenberqin NATO baş katibi kimi tapşırıq müddəti oktyabr ayında başa çatır.
Bayden həmçinin deyibdir ki, Amerika lazım olacaq hər zamanda/ Rusiyaya qarşı müharibədə Ukraynanı himayə etmək üçün lazımi maliyyə mənbələrinə malikdir.
Amerika prezidenti bir jurnalistin “Sizcə, konqresin nümayəndələr palatasının respublikaçı sədri də belə bir büdcənin ayrılmasına dəstək verəcək, yoxsa yox?” sualına cavabda deyib: Əminəm ki, biz lazım olacaq hər bir zamanda Ukraynaya dəstək vermək üçün lazımi büdcəyə malikik.