ABŞ-ın post-Sovet məkanında fəallaşması Moskvada qıcıq doğurdu
https://azeri.sahartv.ir/news/dünya-i400661-abŞ_ın_post_sovet_məkanında_fəallaşması_moskvada_qıcıq_doğurdu
Nikolay Patruşev: ABŞ keçmiş SSRİ ölkələrinə misli görünməmiş təzyiq göstərir
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2023 17:12 Asia/Baku
  • ABŞ-ın post-Sovet məkanında fəallaşması Moskvada qıcıq doğurdu

Nikolay Patruşev: ABŞ keçmiş SSRİ ölkələrinə misli görünməmiş təzyiq göstərir

Rusiya Təhlükəsizlik Şurasinin katibi Birləşmiş Ştatların post-Sovet məkanında fəallaşmasından şikayətlənib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib: “ABŞ sabiq SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir”.

Onun sözlərinə görə, əsas məqsəd keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri məhv etmək, həmçinin MDB, Avrasiya İttifaqı və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır.

Patruşev qeyd edib ki, anqlosakslar öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdidlə maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz nüfuz dairələrinə cəlb etməyə çalışırlar.