Rusiyaya qarşı sanksiyalar çat verməkdədir
ABŞ Ermənistana xəbərdarlıq edir
İyun 11, 2023 15:47 Asia/Baku
ABŞ Dövlət Departamenti iddia edib ki, Ermənistan öz hərəkətləri ilə Rusiyanın sanksiyalardan yan keçməsinə şərait yaradan ölkələrdən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Bununla əlaqədar ABŞ Dövlət Departamentinin sanksiyaların koordinasiyası idarəsinin direktoru Cim О'Brayen deyib ki, bu, Vaşinqtonun nöqteyi-nəzərindən çox ciddi problemdir.Qeyd edək ki, son günlər ABŞ Ermənistanın bəzi müəssisələrinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.Məlumata əsasən, ABŞ Ticarət Nazirliyi Ermənistanın “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-ın sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.