İyul 10, 2023 11:49 Asia/Baku
  • Bayden Londona gəlib

Amerika prezidenti dünən axşam Avropaya səfərinin ilk mərhələsində Londona daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden bu qısa səfər zamanı İngiltərənin baş naziri Rişi Sunak və bu ölkənin kralı- üçüncü Çarlzla görüşməlidir.

Bildirişlərə görə, Ukrayna savaşı onun London başçıları ilə danışıqlarının başlıca istiqamətini təşkil edəcək.

NATO sammitində iştirak məqsədilə İngiltərəni Litva istiqamətinə tərk edəcək Bayden/ sonda/ sözügedən hərbi təşkilata yenicə üzv olmuş Finlandiyaya yola düşəcək.

Baydenin Londona səfəri fonunda qeyd edək ki, Kiyev cəbhəsinə kasset bombaların göndərilməsi üstündə zahirdə Birləşmiş Ştatlarla İngiltərə arasında ixtilaf yaranıb.

Rişi Sunak şənbə günü bildirib ki, onun ölkəsi Vaşinqtonun  Kiyev cəbhəsinə kasset bombaların göndərilməsi barədəki qərarına dəstək vermir.

Belə bir halda, Birləşmiş Ştatlar Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində bu ölkəyə kasset bombaları göndərməyi planlaşdırır.

Qeyd edək ki, kasset sursatlar barədəki konvensiya bir beynəlxalq müahidə olaraq, bu bombalardan hər hansı istifadə, onların istehsalı, ehtiyat edilməsi və köçürülməsini qadağan edir.

 

Teqlər