Sen 06, 2023 19:03 Asia/Baku
  • Bayden ABŞ veteranları mərasimini qəfildən tərk etdi +VİDEO

Öz çaşqın hərəkətləri ilə yadda qalan ABŞ-ın qoca prezidenti bu dəfə Vyetnam müharibəsi veteranlarının xatirəsini yad etmək üçün keçirilən mərasimin ortasında qəfildən zalı tərk edib.

ABŞ-ın 80 yaşlı prezidenti Co Bayden prezidentliyi başlayandan bəri çoxsaylı boşboğazlıqlar və qəribə davranışları ilə ictimai rəydə psixi və fiziki sağlamlığı ilə bağlı bir çox sualları gündəmə gətirib.

O bu səfər çərşənbə axşamı günü Vyetnam müharibəsi veteranlarının Şərəf medalı ilə təltif edilməsi mərasimindən öncə  Ağ Evin Şərq Otağını tərk etməsi ilə təqaüdçü amerikalı əsgərlərə hörmətsizlikdə günahlandırılıb.

ABŞ prezidenti 81 yaşlı istefada olan amerikalı əsgər Larri Taylorun boynuna ölkənin ən yüksək hərbi nişanını bağladıqdan sonra mərasimin bağlanış mətni amerikalı general William Green tərəfindən oxunmazdan öncə iştirakçılara fikir vermədən cəld zalı tərk edib.

 

Teqlər