Fələstinin azadlığının hamiləri Kəraçidə iri mitinq keçiriblər
Dünən Pakistanın cənubunda yerləşən Send əyalətinin mərkəzi sayılan Kəraçidə İslam Alimləri Cəmiyyəti Partiyasının təşəbbüsü ilə «Əl-Əqsa Tufanı» əməliyyatına dəstək və Fələstinlə həmrəylik istiqamətində iri mitinq keçirilib.
Xalqın müxtəlif təbəqələrindən olan minlərlə nəfər, siyasi fəallar və İslam Alimləri Cəmiyyəti Partiyasının tərəfdarları Fələstinə dəstək mitinqində iştirak ediblər. Onlar «İsrailə ölüm!» və «Amerikaya ölüm!» şüarları veriblər.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə video-konfrans formasında sözügedən konfransda çıxış edib və bildiribidr ki, «Əl-Əqsa Tufanı» əməliyyatı sionist düşmənin işğalçılığı genişləndirmək fitnəsini zərərsizləşdirdi.
O, sutkalıq şəkildə İsrail rejiminin vəhşicəsinə hücumları hədəfinə çevrilən Qəzzənin məzlum əhalisinə yardımla bir zamanda, Fələstin müqavimət cəbhəsinə dəstək istiqamətində İslam Dünyasının həmrəyliyinin vacibliyinə təkid edib.
Məscidüləqsanın görüntüləri və Fələstin bayrağını dalğalandıran mitinq iştirakçıları Fələstin müqavimət cəbhəsinə, həmçinin Beytülmüqəddəs döyüşçülərinin sionist düşmənə qarşı uğurlu əməliyyatına öz dəstəklərini bəyan ediblər.