İraq İslam Müqaviməti sionist rejimin mühüm obyektini hədəfə alıb
Noy 03, 2023 14:02 Asia/Baku
«İraq İslam Müqaviməti» dünən gecə bir bəyanatda bildiribdir ki, bu qrupun döyüşçüləri sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərə cavab olaraq, dünən səhər saatlarında İordaniya ilə işğal olunmuş Fələstin əraziləri arasında yerləşən «Bəhrulmeyyit» sahillərində bu rejimin həyati obyektini hədəfə alıblar.
«İraq İslam Müqaviməti» qeyd edibdir ki, bu addım Qəzzə əhalisini himayə istiqamətində, həmçinin İsrail rejimi tərəfindən uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla fələstinli mülkilərin qətli-am edilmələrinə cavab olaraq, atılıbdır.
Bəyanatda vurğulanır ki, «İraq İslam Müqaviməti» sionist düşmənin Qəzzədə yerləşən səngərlərini hədəfə almağı davam etdirəcək.