Noy 09, 2023 20:38 Asia/Baku
  • HƏMAS: Dünya xalqları işğalçıların müharibəsinə qarşı küçələrə çıxmalıdır

HƏMAS bir bəyanatında bütün dünya xalqlarını sionist rejimin müharibəsi və təcavüzünə qarşı geniş hərəkətə keçməyə çağırıb.

Fələstinin "Şahab" xəbər agentliyinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS cümə axşamı verdiyi bəyanatda, bir daha xalqlardan, ərəb və İslam dünyasından, eləcə də dünyanın azadlıqsevər insanlarından aksiyaların miqyasını artırmalarını və bütün şəhərlərdə, meydanlarda və paytaxtlarda və bütün qitələrdə iştiraklarını və Fələstin xalqının hüquqlarını müdafiə etmək üçün ayağa qalxmalarını istəyib.

HƏMAS bu bəyanatda, Fələstin torpağının azadlığı, fələstinlilərin öz ölkələrinə geri qayıtmaq hüququ və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləmək üçün geniş səfərbərliyə çağırıb və işğalçıların hücumunu və ABŞ-ın məhdudiyyətsiz dəstəklərini pisləmək üçün ciddi addımlar atmağa çağırıb.

HƏMAS vurğulayıb: "Biz sionist düşmənin Qəzzəyə hücumuna qarşı cümə, şənbə və bazar günləri nümayişlərin davam etdirilməsini və intensivləşdirilməsini tələb edirik".

Teqlər