Quterreş:
Müstəqil dövlətin qurulması Fələstin xalqı üçün mükafat deyil, bir haqqdır
BMT-nin baş katibi Antonio Quterreş iki dövlətli həll olmadan Yaxın Şərqdə sülhün mümkün olmayacağını vurğulayaraq, deyib: "Fələstin xalqı üçün müstəqil dövlətin qurulması mükafat deyil, bir haqqdır".
"France-24"ün məlumatına görə, Nyu-Yorkda Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsinə dair konfransda deyib: "Heç bir şey HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumuna və Fələstin xalqının kollektiv cəzalandırılmasına haqq qazandıra bilməz".
BMT-nin baş katibi əlavə edib: "İordan çayının qərb sahilində iki dövlətli həllin mövcudluğunu təhdid edən hadisələrə haqq qazandırmaq üçün istifadə edilə biləcək heç bir şey yoxdur. Yaşayış məntəqələrinin dayanmadan genişlənməsi, sürünən ilhaq təhlükəsi və sionist qəsəbə sakinlərinin zorakılığının güclənməsi, bütün bunlar dayandırılmalıdır".
O, Səudiyyə Ərəbistanı və Fransaya Fələstinlə bağlı bu beynəlxalq konfransı təşkil etdikləri üçün təşəkkür edib və bildirib ki, iki dövlətli həll olmadan Yaxın Şərqdə sülh olmayacaq.
Quterreş vurğulayıb ki, müstəqil dövlətin qurulması Fələstin xalqı üçün mükafat deyil, bir haqqdır.