Noy 02, 2025 13:11 Asia/Baku
  • Sudandakı son qırğınlara qarşı etiraz aksiyası

Fransada yaşayan Sudan vətəndaşları ölkələrində baş verən son qırğınları pisləmək üçün aksiya keçiriblər.

Bu etiraz aksiyasında Fransa və dünyanın digər ölkələrindən olan bir sıra vətəndaşlar iştirak ediblər. Etirazçılar Sudan xalqı ilə həmrəy olduqlarını bəyan ediblər.

Aksiyanın təşkilatçıları, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Qərb ölkələrinin terrorçulara dəstəyinin dayandırılmasını və Sudandakı qırğınların səbəbkarlarına silah göndərilməsinin qarşısının alınmasını tələb ediblər.

Sudanda silahlı toqquşmalar 15 aprel 2023-cü il tarixindən başlayıb. Bu qarşıdurmalar ordu komandanı Əbdül Fəttah əl-Burhan ilə ləqəbi Həmidti olan Məhəmməd Həmdan Deqlunun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələri arasında hakimiyyət uğrunda və 2021-ci il çevrilişindən sonra bu qüvvələrin orduya necə birləşdirilməsi ilə bağlı gərginlik səbəbindən baş verib. Beynəlxalq vasitəçilik cəhdləri hələlik nəticə verməyib.

Son günlərdə Sudanın qərbində yerləşən əl-Faşir şəhərinin Çevik Dəstək Qüvvələri tərəfindən ələ keçirməsindən sonra Xartum rəsmiləri, BMT və digər beynəlxalq qurumlar bu qüvvələri şəhərdə mülki əhaliyə qarşı "qırğınlar və geniş miqyaslı insan hüquqları pozuntuları" törətməkdə ittiham ediblər.