Türkiyə Qəzzədə atəşkəs üzrə müzakirələrə ev sahibliyi edəcək
Noy 01, 2025 18:11 Asia/Baku
Türkiyənin xarici işlər naziri Qəzzə zolağında atəşkəs prosesi və bu bölgədə qüvvələrin yerləşdirilməsi barədə iclasın keçirilməsindən xəbər verib.
Hakan Fidanın dediyinə görə, sözügedən iclas, noyabrın üçündə İstanbulda təşkil olunacaq.
İclas sentyabr ayında Nyu-Yorkda Amerika prezidenti Donald Trampla görüşən xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.
Qəzzə üçün xüsusi təyinatlı qüvvələrin və orada sabitliyin bərqərarı üzrə qüvvənin təşkili barədə müzakirələr davam edir- deyən Hakan Fidan bildiribdir ki: İclasda hal-hazırda söhbət edilən məsələlər və Qəzzədə atəşkəsin ikinci mərhələsinə keçid tərzi, yəni, sabitliyin bərqərarı üzrə qüvvə məsələsi nəzərdən keçiriləcək.