Noy 03, 2019 17:14 Asia/Baku
  • İran yeni nəsildən olan dörd probiotik məhsulunu təqdim edib
    İran yeni nəsildən olan dörd probiotik məhsulunu təqdim edib

İran İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə yeni nəsildən olan dörd probiotik məhsulu təqdim olunub.

FamiLact 2plus, Pyloshot, Lactogum və GeriLact 2plus, bu gün Tehranda təqdim olunan İranın dörd probiotik məhsuludur.

Yeni nəsildən olan probiotiklər bədəndəki müəyyən hüceyrələrə qovuşa bilən hüceyrələrdirlər.

Probiotiklərdən bədən sisteminin sağlamlığında istifadə olunur. Bu məhsullar mədə-bağırsaq traktı, ağızın selikli qişası, yuxarı tənəffüs yolları, həmçinin böyüklər və uşaqlarda mədə xorası xəstəliklərində istifadə edilə bilər.