İyun 06, 2021 12:40 Asia/Baku
  • Bolqarıstan voleybolçuları da İran voleyboçuları qarşısında diz çökdülər

İranın yığma voleybol komandası 2021-ci il Millətlər Liqası yarışlarındakı altıncı görüşündə Bolqarıstan millisini məğlub edib.

İranın yığma voleybol komandası dünən 25-20, 33-31 və 25-22 nəticələri və ümumilikdə üç-sıfır hesabı ilə Bolqarıstan millisi üzərində qələbə qazanıb.

İran komandası bundan öncə Yaponiya və Rusiyaya məğlub olmuş, Niderland, Kanada və İtaliya yığmalarına isə qalib gəlmişdi.

İranın yığma voleybol komandası 2021-ci il Millətlər Liqası yarışlarının yeddinci görüşündə, çərşənbə günü, iyunun 9-da Amerika yığması ilə görüşəcək.

BOLQARISTAN DA İRAN QARŞISINDA DİZ ÇÖKDÜ