Noy 22, 2021 15:35 Asia/Baku
  • Azərbaycan Premyer Liqası
    Azərbaycan Premyer Liqası

Noyabrın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

SəhərAzəri-nin məlumatına əsasən, Turun son oyununda "Qəbələ" klubu "Sumqayıt"ı qəbul edib və 2-1 hesabı ilə rəqibinə qalib gəlib. 

"Sumqayıt" komandasında iranlı müdafiəçi Höccət Haqverdi və Azərbaycan millisinin iranlı hücumçusu Əli Qorbanı oyunun bütün dəqiqələrində iştirak ediblər.  

Azərbaycan Respublikası Premyer Liqasının turnir cədvəlində "Qarabağ" 26 xalla liderdir və "Qəbələ" 21 xal, "Zirə" 19 xal və "Naftçi" 17 xalla növbəti yerləri bölüşüblər.