İran idmançıları sionistlərlə qarşılaşmadan imtina etdilər
İranın stolüstü tennis yığmasının üzvləri Almaniyanın Düsseldorf beynəlxalq turnirində sionist rejimin nümayəndələri ilə qarşılaşmadan imtina ediblər.
İRİB-in məlumatına görə, İtaliya və Vyetnam yığmaları qarşısında qələbə qazanan İranın kişilər üzrə stolüstü tennis yığmasının üzvləri Əfşin Novruzi və Əmin Əhmədian çərşənbə axşamı günü üçüncü turda sionist rejimin yığması ilə qarşılaşmadan imtina edib, 0:3 hesabı ilə texniki məğlubiyyət verilib və növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.
İranın qadınlar üzrə iki nəfərlik komandası da Məhşid Əştəri və Səba Səfəri cütlüyü ilə üçüncü turda Özbəkistan yığması ilə qarşılaşıb və ağır keçən oyunda 3:2 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanıb.
Almaniyanın Düsseldorf şəhərində keçirilən beynəlxalq stolüstü tennis turniri bazar ertəsi günündən başlanıb və 5 iyuna qədər davam edəcək.