İran beş avtomobil katalizatoru istehsalçısı sırasında
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i278068-İran_beş_avtomobil_katalizatoru_istehsalçısı_sırasında
Avtomobil katalizatoru istehsalı zavodunun rəsmi açılışı ilə İran dünyada avtomobil katalizatoru istehsal edən beş ölkə sırasına qatılıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2017 11:45 Asia/Baku
  • İran beş avtomobil katalizatoru istehsalçısı sırasında
    İran beş avtomobil katalizatoru istehsalçısı sırasında

Avtomobil katalizatoru istehsalı zavodunun rəsmi açılışı ilə İran dünyada avtomobil katalizatoru istehsal edən beş ölkə sırasına qatılıbdır.

Avtomobil katalizatoru avtomobildə tüstünün eqzoz sistemindən çıxışı yolunda quraşdırımış bir detaldır ki, avtomobilin çirkləndiricilik miqdarını azaldır.

Neft-kimya detallarının təmini və mühəndislik konstruksiyası şirkətinin sərəncamçı müdiri Mehdi Şərifi bu gün IRIB ilə müsahibədə deyib: "Asiya modern iksir prosesi" şirkəti zavodunun işə salınması ilə neft-kimya komplekslərinə və neftayırma zavodlarına lazım olan katalizatorların alqısı üzrə beş yüz milyon dollar valyutanın ölkədən çıxmasının qarşısı alınıbdır.

Mehdi Şərifi bu zavodun istehsal qabiliyyətini ildə 2500 ton elan edib və bildirib ki, bu şirkət neft-kimya və neftayırma sənayesinə lazım olan katalizatorun istehsalı sahəsində dünyanın beş üstün şirkətindən biridir.