İranın hanmadanq komandası dünya çempionatında üç medal qazanıb
İyul 30, 2017 12:11 Asia/Baku
-
İranın hanmadanq komandası dünya çempionatında üç medal qazanıb
İran nümayəndələri hanmadanq idman növü üzrə dünya çempionatının ilk günündə bir qızıl və iki bürünc medal əldə etməyə müvəffəq olublar.
Hanmadanq taekvondoda şəxsi müdafiə, cisimlərin sındırılması, pumse, əsas fəndlərə şamil olur.
IRIB-nin məlumatına görə, kişi və qadın qrupları üzrə 25-ci hanmadanq dünya çempionatı şənbə günü Cənubi Koreyanın Anyan şəhərində başlanıb və avqustun birinədək davam edəcək.
Yarışların ilk günündə İran nümayəndələri "nupi çagi" bölməsində 19-dan yuxarı yaş səviyyəsində kişilər qrupunda bir qızıl, qadınlar bölməsində isə bürünc medal qazanıblar.
"İnnovativ pumse" bölməsində də İranın19-dan yuxarı yaş səviyyəsində olan komandası yarışların bürünc medalçısı olubdur.
Teqlər